“Rusiyaya qalib gələcəyik” – Xorvatiya prezidenti

“Rusiyaya qalib gələcəyik” –  Xorvatiya prezidenti
DÇ-2018 7 İyul 2018 / 17:52 8712
-  A +

“Mən sadə bir azarkeş kimi oyuna baxmağı sevirəm. Çünki VİP-lojada istədiyim kimi azarkeşlik edə bilmirəm”.

Qol.az-ın məumatına görə, bu sözləri Xorvatiyanın prezindeti Kolinda Qrabar-Kitaroviç Rusiya mətbuatına açıqlamasında deyib.

Xorvatiyanın DÇ-2018-dəki bütün oyunlarını stadiondan canlı izləyən xanım prezident bu gün yığmanın 1/4 finalda Rusiya ilə keçiriləcək matçına proqnoz verib: “Bu gün Rusiya ilə oyunda Xorvatiya millisinin formasını geyinəcəm. Rusiya – İspaniya oyununu da azarkeşlər arasından izləmişəm. Düşünürəm ki, Rusiyanın əla komandası var. Onlara uğurlar arzulayıram. Ancaq qoy, güclü qalib gəlsin və mən düşünürəm ki, bu, Xorvatiya millisi olacaq”.

Qeyd edək ki, Rusiya - Xorvatiya oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə