Tite Braziliya millisində qalacaqmı? - qərar verildi

Tite Braziliya millisində qalacaqmı? -  qərar verildi
DÇ-2018 7 İyul 2018 / 16:10 4543
-  A +

Braziliya millisinin baş məşqçisi Titenin yığmadakı taleyinə aydınlıq gəlib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 57 yaşlı mütəxəssis vəzifəsində qalacaq.

Komanda DÇ-2018-in 1/4 finalında Belçikaya uduzaraq mübarizəni dayandırmasına baxmayaraq, Braziliya Futbol Konfederasiyası Tite ilə yolları davam etdirməyə qərar verib.

Tite ötən gün Belçika ilə keçirilən oyundan sonra keçirdiyi mətbuat konfransında yığmadakı taleyi ilə bağlı verilən suala cavab verməyə çətinlik çəkdiyini demişdi.

Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırır.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır