“Dünyanın ən güclü futbolçusunu evinə göndərmişik”

“Dünyanın ən güclü futbolçusunu evinə göndərmişik”
DÇ-2018 7 İyul 2018 / 15:24 6560
-  A +

“Müdafiədə inanılmaz təsir bağışlayırıq. Rəqiblərimiz qapımıza yaxınlaşmağa və qol vurmağa çətinlik çəkir”.

Qol.az-ın məkumatına görə, bu sözləri Fransa millisinin müdafiəçisi Lukas Ernandes deyib.

O, Rusiya mətbuatına açıqlamasında yarımfinalda Belçika ilə keçiriləcək oyundan danışıb. Qeyd edib ki, rəqibdən, onun lideri Eden Hazardan çəkinmir: “Biz Argentina yığması üzərində qələbə qazanaraq, dünyanın ən güclü futbolçusunu artıq evinə göndərmişik. Messiyə topa toxunmaq imkanı vermədik. Ümid edirəm ki, Azar da eyni durumla üzləşəcək”.

Daha çox


Son xəbərlər