Braziliya Almaniyanın rekordunu yenilədi

Braziliya Almaniyanın rekordunu yenilədi
DÇ-2018 3 İyul 2018 / 13:21 3025
-  A +

Braziliya millisi dünya çempionatları tarixinə düşüb.

Qol.az-ın xəbərinə görə, DÇ-2018-in 1/8 finalında Meksikaya 2:0 hesabı ilə qalib gələn "sambaçılar" mundiallar tarixinin ən çox qol vuran komandası olub.

DÇ-2018 başlamamış  Almaniyanın 224, Braziliyanın isə 221 qolu var idi. Bundestim cəmi 2 qol vuraraq turniri tərk etdiyindən aktivində 226 qol var.

Cənubi amerikalılar da Meksika ilə oyuna qədər 226 qol vurmuşdu. Dünənki matçda 2 cavabsız qolla qalib gələn Titenin komandası yeni rekord (228 qol) müəyyənləşdirib.

Qeyd edək ki, mundiallar tarixində ən çox qol vuran 3-cü komanda 134 qolla Argentinadır.

Daha çox


Son xəbərlər