DÇ tarixində oyunsonrası penaltilərdə 3 zərbə dəf edən ikinci qapıçı - Subaşiç

DÇ tarixində oyunsonrası penaltilərdə 3 zərbə dəf edən ikinci qapıçı -  Subaşiç
DÇ-2018 2 İyul 2018 / 02:00 5191
-  A +

Xorvatiya millisinin qapıçısı Daniel Subaşiç dünya çempionatının 1/8 finalında Danimarka ilə görüşdə oyunsonrası penaltilər zamanı 3 zərbəni dəf edib.

Qol.az-ın məlumatına görə, “Monako”nun qapıçısı Kristian Eriksen, Lassa Şöne və Nikolay Yorgensenin penalti vuruşlarını qaytarıb.

33 yaşlı qolkiperə qədər dünya çempionatları tarixində yalnız portuqaliyalı Rikardu oyunsonrası penaltilər zamanı 3 dəfə rəqibin zərbəsini dəf etmişdi. Bu, 2006-cı ilin 1 iyulun İngiltər ilə matçda baş vermişdi.

Qeyd edək ki, Xorvatiya ilə oyunda Danimarka millisinin qapıçısı Kasper Şmeyhel də 3 penalti qaytarıb. Amma danimarkalı qolkiper penaltilərdən birini əlavə vaxtda dəf edib.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə