"Günahkar hər zaman futbolçular olur" - İnyesta

"Günahkar hər zaman futbolçular olur" - İnyesta
DÇ-2018 1 İyul 2018 / 23:14 3749
-  A +

“Məqsədimiz başqa idi, bu cür məğlubiyyəti qəbul etmək çətindir. Çox gərgin vəziyyətdir, qlobal analiz aparmaq lazımdır. Nəticəyə görə elə pis olmuşuq ki, irəliyə doğru addım ata bilmədik. Amma futbolda belə şeylər olur”.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu sözləri İspaniya millisinin üzvü Andres İnyesta deyib. DÇ-2018-in 1/8 final mərhələsində Rusiyaya penaltilər seriyasında uduzduqları oyunla bağlı fikirlərini açıqlayan 34 yaşlı yarımmüdafiəçi nəticəyə görə günahın baş məşqçidə olmadığını söyləyib:

“Bizim millinin gələcəyi irəlidədir. Futbolçuların səviyyəsi bunu deməyə əsas verir. Məğlubiyyətə görə, baş məşqçi günahkar deyil. Günahkar hər zaman futbolçular olur. Çünki meydanda Fernando Yerro deyil, biz mübarizə aparırdıq”.

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 başa çatan matçın penaltilər seriyasında Rusiyaya məğlub olan İspaniya mundialla vidalaşıb.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə