İspaniyadan rekord göstərici – 1029 dəqiq ötürmə

İspaniyadan rekord göstərici – 1029 dəqiq ötürmə
DÇ-2018 1 İyul 2018 / 21:42 2758
-  A +

İspaniya millisi DÇ-2018-in 1/8 final mərhələsinin Rusiya ilə oyununda tarixi göstəriciyə imza atıb.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, ispanlar matçın gedişində 1137 ötürmə ediblər ki, bu da dünya çempionatları tarixində rekorddur. Bu ötürmələrin 1029-u (91 faizi) dəqiq alınıb. Rusiya yığmasının isə 285 ötürməsindən 202-si (71 faizi) dəqiq olub.

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə bitən matçın penaltilər seriyasında Rusiyaya uduzan İspaniya mundialla vidalaşıb.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə