“Mərhələni keçə bilməməyimiz çox ağırdır. Mən və futbolçularım çox məyusuq, ancaq bu, futboldur”.
Qol.az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş DÇ-2018-in 1/8 finalında Uruqvaya uduzduqları (1:2) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.
O, mundialı tərk etmələri ilə nəticələn məğlubiyyəti belə şərh edib: “Əlbəttə, qalib gəlmək istərdik. Komandama etdikləri hər şey üçün təşəkkürümü bildirirəm. İkinci hissədə çox yaxşı oynadıq. Futbolçularımız var gücünü sərf etdi. Meydanda həş şey etdilər. Amma indi bizə yalnız Uruqvay millisini təbrik etmək qalır”.
Santuş komandanın kapitanı Kriştiano Ronaldonun zəif çıxış etməsi fikri ilə razılaşmayıb: ”Ronaldo həmişəki kimi oynadı. Sadəcə, Uruqvay çox güclü idi. Problem Ronaldoda deyil”.
Santuş Ronaldonun gələcək karyerası ilə bağlı sualı da cavablandırıb: “Ronaldo hələ uzun müddət futbol oynaya bilər. Ümid edirəm ki, o, qarşıdakı böyük yarışlarda da bizim sərəncamımızda olacaq".
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi