Övladı dünyaya gəldi, İngiltərə millisini tərk etdi

Övladı dünyaya gəldi, İngiltərə millisini tərk etdi
DÇ-2018 30 İyun 2018 / 16:48 4515
-  A +

İngiltərə millisinin yarımmüdafiəçisi Fabian Delf yığmanın düşərgəsini tərk edərək vətənə dönüb.

Qol.az-ın “Daily Mail”ə istinadən yaydığı xəbərə görə, buna onun övladı dünyaya gəlməsi səbəb göstərilir.

Ata olduğunu öyrənən futbolçu DÇ-2018-də iştirak edən komandasını tərk edərək İngiltərəyə yollanıb.
İngiltərə yığması iyunun 28-də Belçikaya yığması ilə qarşılaşıb və 0:1 hesabıyla uduzub. 90 dəqiqə meydanda olan Delf məhz həmin oyundan sonra düşərgəni tərk edib.

Qeyd edək ki, 28 yaşlı futbolçunun yaxın günlərdə yenidən millinin düşərgəsinə qoşulması gözlənilir.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə