Kollina VAR-ın düzgünlük faizini açıqladı: "İdeala yaxındır"

Kollina VAR-ın düzgünlük faizini açıqladı:  "İdeala yaxındır"
DÇ-2018 30 İyun 2018 / 13:55 3841
-  A +

FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina DÇ-2018-də tətbiq edilən VAR sistemini dəyərləndirib.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, sabiq referi VAR-ın hakimlərə böyük kömək etdiyini, ancaq ideal sistem olmadığını deyib:

“VAR ideal deyil. Ancaq qərarların 99,3%-i doğrudur. Bu da ideala yaxın deməkdir. VAR müdaxiləsi olmadan verilən qərarların isə 95 faizi düzgün olub. İndiyədək 335 epizoda baxılıb və 14-də dəyişiklik edilib. Bizi daha çox videotəkrarlardan istifadə zamanı itirilən vaxt narahat edirdi. Lakin 2014-cü ildəki dünya çempionatı ilə müqayisədə builki mundialda topun oyunda qaldığı müddət daha çoxdu. Hakimlər əlavə vaxtı da düzgün təyin edirlər”.

Qeyd edək ki, DÇ-2018-də hələlik 24 penalti təyin olunub ki, bunun 7-si VAR-ın köməyi ilə göstərilib. 2 penalti qərarı isə videotəkrara baxdıqdan sonra ləğv edilib.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu