"Rusiyanı udmasaq, faciə olacaq" - Alkantara

"Rusiyanı udmasaq, faciə olacaq" -  Alkantara
DÇ-2018 30 İyun 2018 / 14:22 3032
-  A +

“Biz pley-offda uğursuzluq qorxusu ilə oynaya bilmərik. Ancaq onu deyim ki, əgər Rusiyanı udub, 1/4 finala çıxmasaq, faciə olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri İspaniya yığmasının üzvü Tiaqo Alkantara millinin mətbuat xidmətinə açıqlamasında deyib.

Sabah Rusiya ilə keçiriləcək 1/8 final oyunu haqda danışan yarımmüdafiəçi rəqibi keçməli olduqlarını bildirib: “Bizim Rusiyaya qarşı oynaya biləcək 23 futbolçumuz var. Bu mərhələni keçməyə borcluyuq”.

Qeyd edək ki, sabah Moskvanın “Lujniki” stadionunda keçiriləcək İspaniya – Rusiya oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə