DÇ-2018-in H qrupunun sonuncu - 3-cü turunun Yaponiya – Polşa matçı zamanı ədalətli oyun qaydası kobud şəkildə pozulub.
Qol.az xəbər verir ki, matçın sonlarında hesabda irəlidə olan polşalılar rəqibə heç bir müqavimət göstərməyib, onlardan top almağa cəhd etməyib.
Qeyd edək ki, Kolumbiya və Yaponiyanın mərhələ adladığı bu qrupda vəziyyət olduqca qarışıq idi. Son oyunda Nigeriyanı 1:0 hesabı ilə məğlub edən Kolumbiya lider kimi adını 1/8 finala yazdırdı. Mərhələni keçən ikinci komanda isə Polşaya eyni hesabla uduzan Yaponiya seçməsi oldu.
Maraqlıdır ki, son matçlardan sonra afrikalılarla asiyalıların xalları (4) bərabər idi. Hətta top fərqi də hər iki komandada eyni idi. Öz aralarında keçirdikləri görüş isə 2:2 hesabı ilə bitmişdi. Belədə qrupda ikinci vəsiqənin sahibini feyr-pley qaydaları müəyyənləşdirdi. Qrupda keçirdikləri 3 oyunda 4 sarı vərəqə görən Yaponiya millisi 6 dəfə eyni cəzaya məruz qalan Nigeriyanı qabaqladı və 1/8 finala adladı.
Rusiya mətbuatı Yaponiya - Polşa matçı ilə bağlı maraqlı bir statistikanı da üzə çıxarıb. Qarşılaşmanın son dəqiqələrində asiyalılar paralel keçən Seneqal - Kolumbiya matçının Cənubi amerikalıların xeyrinə başa çatması ilə bağlı məlumat alıblar. “Başa düşürdülər ki, bu nəticə onları turnir cədvəlində 2-ci edəcək və növbəti mərhələyə vəsiqə qazandıracaq. Yaponlara uduzmalarına baxmayaraq, sadəcə, oyunun son dəqiqələrini ehtiyatlı keçirib, hesabı qorumaq lazım idi. Elə baş məşqçi də futbolçulardan topu mümkün qədər özlərində çox saxlamağı tələb edirdi.
Bu yerdə bir fakt xüsusi diqqət çəkir. Polşa millisinin topa son toxunuşu 88-ci dəqiqənin 33-cü saniyəsində - top auta çıxarkən oldu. Həmin andan 92-ci dəqiqənin 54-cü saniyəsinə qədər (260 saniyə) isə topa yalnız Yaponiya futbolçuları sahib oldular. Onlar meydanın özlərinə aid hissəsində topu bir-birilərinə ötürərək, vaxtın başa çatmasını gözləyirdilər. Yaponlar düz 260 saniyə ərzində 80 ötürmə etmişdilər. Qrupda qalması ilk 2 turdan sonra dəqiqləşən Polşa millisini minimal hesablı qələbə razı saldığından, onlar topu rəqibdən almağa cəhd belə göstərmirdilər. Hətta 92-ci dəqiqənin 34-cü saniyəsində polşalıların yarımmüdafiəçisi Kamil Qroşitski mərkəz dairənin yaxınlığında yerə oturdu, bir neçə saniyə sonra ayağa qalxdı. Yaponiyalı futbolçular isə 92-ci dəqiqənin 54-cü saniyəsində məmnuniyyətlə topu auta göndərdilər. Ardınca isə görüşün baş hakimi final fitini səsləndirdi”.
Baş verənləri futbol adına utancverici hadisə kimi qiymətləndirənlər də az deyil. Yaponların vaxt uzatmasını anlayışla qarşılamaq olar. Amma polşalıların son dəqiqələrdə rəqibə heç bir müqavimət göstərməməsi, onlardan top almağa cəhd etməməsi narazılıq doğurub. Çünki Polşa millisi Yaponiyaya daha bir qol vurardısa, bu halda növbəti mərhələyə vəsiqə qazanan Yaponiya deyil, Seneqal olacaqdı...
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar