Marselonu otelin döşəyi zədələyib?

Marselonu otelin döşəyi zədələyib?
DÇ-2018 28 İyun 2018 / 16:37 3476
-  A +

Braziliya millisinin həkimi Rodriqo Lasmar ötən gün zədələnən Marselonun durumu haqda danışıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, o, hazırda müdafiəçinin özünü yaxşı hiss etdiyini deyib: "Marselonun onurğaətrafı əzələsində ağrı var idi. İndi yaxşıdır. Fizioterapevtik proseslər bir qədər kömək edib. Durumu haqda sabah daha dəqiq danışa bilərik".

R.Lasmar marselonun zədəsi ilə bağlı maraqlı iddia irəli sürüb: "Zədənin əsas səbəbini başa düşmək çətindir. Bu, köhnə zədədir. Marselonun əvvəl də belində problemi olub. Otelin döşəyi normadan çox yumşaqdır. Ola bilər ki, buna görə Marselonun beli ağrıyıb".

Xatırladaq ki, Marselo DÇ-2018-in 3-cü turunda Serbiya ilə oyunun 10-cu dəqiqəsində zədələnərək oyunu yarımçıq tərk edib.

Daha çox


Son xəbərlər