DÇ-2018-də daha bir rekord

DÇ-2018-də daha bir rekord
DÇ-2018 28 İyun 2018 / 15:28 3786
-  A +

Rusiyada keçirilən dünya çempionatında daha bir rekord qeydə alınıb.

Qol.az-ın xəbərinə görə, bu, avtoqolla bağlıdır.

F qrupunun 3-cü turunda dünən keçirilən Meksika - İsveç oyununda cənubi amerikalıların futbolçusu Edson Alvarez topu öz qapısından keçirib. Bu mundialda 7-ci avtoqol olub. Paralel keçən İsveçrə - Kosta-Rika oyununda isə 8-ci avtoqol qeydə alınıb.

Bununla da, DÇ-2018 dünya çempionatları tarixində ən çox avtoqol olan yarış olub. Buna qədər avtoqol rekordu 1998-ci ildə Fransada keçirilən dünya çempionatında qeydə alınmışdı. Həmin turnirdə futbolçular 6 dəfə qapıları səhv salmışdı.

Qeyd edək ki, DÇ-2018 penalti sayı və ən tez verilən sarı vərəqəyə görə də mundialların tarixinə düşüb.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə