Almaniya millisi üzr istədi

Almaniya millisi üzr istədi
DÇ-2018 28 İyun 2018 / 14:35 3560
-  A +

Almaniya millisi DÇ-2018-dəki uğursuz çıxışına görə azarkeşlərinə müraciət edib.

Qol.az xəbər verir ki, Bundestimin rəsmi Tvitter hesabındakı üzrxahlıq mesajında  deyilir:

"Hörmətli azarkeşlər, biz də sizin kimi məyusuq. Dünya çempionatı hər dörd ildənn bir keçirilir. Təəssüf ki, dünya çempionu kimi oynamadıq. Buna görə də turniri tərk etməyə layiq idik. Sizin dəstəyiniz həm Almaniyada, həm də mundialda gözəl idi. Rio-2014-də birlikdə bayram etdik. Ancaq etiraf etməliyik ki, bu dəfə rəqiblərimiz güclü idi. İsveçrə və Meksikanı qrupdan çıxması, Cənubi Koreyanı qələbə münasibəti ilə təbrik edirik. Rusiyaya isə qonaqpərvərliyinə görə təşəkkür edirik!"

Xatırladaq ki, dördqat dünya çempionu tarixində ilk dəfə mundialın qrup mərhələsindən çıxa bilməyib.

Daha çox


Son xəbərlər