"Haqqımda yazılanlardan sarsıldım" - Maradona

"Haqqımda yazılanlardan sarsıldım" -  Maradona
DÇ-2018 28 İyun 2018 / 13:23 3402
-  A +

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona səhhəti barədə danışıb.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, o, sağlamlıq durumu ilə bağlı yazılanların doğru olmadığını bildirib:

"Bütün dünyaya deyirəm ki, mən sağam, özümü yaxşı hiss edirəm. Ancaq internetdə haqqımda yayılan xəbərlərdən sarsıldım. Xərək, təcili yardım... Bütün bunlar yalandır".

Xatırladaq ki, DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Nigeriya - Argentina oyunundan (1:2) sonra Maradonanın halı pisləşib. Mətbuatda onun xəstəxanaya yerləşdirildiyi haqda xəbər yayılmışdı.

Daha çox


Son xəbərlər