Sarı vərəqə alıb, mundialın tarixinə düşdü

Sarı vərəqə alıb, mundialın tarixinə düşdü
DÇ-2018 28 İyun 2018 / 01:12 5684
-  A +

Rusiyada keçirilən dünya çempionatında daha bir rekord qeydə alınıb.

Qol.az-ın xəbərinə görə, 3-cü turda keçirilən Meksika – İsveç matçında mundiallar tarixinin ən erkən sarı vərəqəsi göstərilib.

Matçın start fitindən 15 saniyə sonra Meksika millisinin üzvü Xesus Qalyardo rəqib futbolçusu Ole Toyvonenə qarşı kobud oynayıb. Görüşün baş hakimi buna görə futbolçuya rəsmi xəbərdarlıq edib.

Xatırladaq ki, Meksika – İsveç oyunu ikincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə