Argentina millisinin start heyətində dəyişikliklər

Argentina millisinin start heyətində dəyişikliklər
DÇ-2018 26 İyun 2018 / 21:04 4422
-  A +

DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq Nigeriya – Argentina matçı üçün start heyətlər açıqlanıb.

Qol.az-ın FİFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, əvvəlki oyunlarla müqayisədə Cənubi amerikalıların ilk 11-liyində bəzi dəyişikliklər var. Xorvatiya ilə matçda (0:3) ciddi səhvlə yadda qalan Villi Kabalyero bugünkü qarşılaşmada ehtiyatda qalacaq. Digər əsas dəyişiklik isə Qonzalo İquainin start heyətdə olmasıdır.

Beləliklə komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:

Nigeriya: Uzoho, İdovu, Ndidi, Ekonq, Baloqun, Musa, Etebo, Obi Mikel, Mozes, İhenaço, Omeruo

Argentina: Armani, Merkado, Taqliafiko, Baneqa, İquain, Messi, Di Mariya, Maskerano, Perez, Roxo, Otamendi

Daha çox


Son xəbərlər