DÇ-2018 mundialların tarixinə düşdü - penalti rekordu ilə

DÇ-2018 mundialların tarixinə düşdü -  penalti rekordu ilə
DÇ-2018 26 İyun 2018 / 14:42 4032
-  A +

Rusiyada keçirilən dünya çempionatı penaltilər sayı ilə tarixə düşüb.

Qol.az-ın xəbərinə görə,  ötən gün keçirilən İran – Portuqaliya matçının 53-cü dəqiqəsində Kriştiano Ronaldonun yararlana bilmədiyi penalti mundialda sayca 19-cu olub.

Bununla da, DÇ-2018 indiyə qədər keçirilmiş bütün mundialları penalti sayına görə qabaqlayıb. İran – Portuqaliya matçının son dəqiqələrində birincilərin qola çevirdiyi penalti isə 20-ci olub. 20 penaltidən 15-i qolla nəticələnib.

Bundan əvvəl İtaliya (1990), Fransa (1998), eləcə də  2002-ci ildə Cənubi Koreya və Yaponiyanın birgə təşkil etdiyi mundiallarda 18 penalti qeydə alınmışdı.

DÇ-2018-də penalti rekordunun qeydə alınmasında ilk dəfə mundialda tədbiq edilən  VAR sisteminin rolu böyükdür. Çünki 20 penaltidən 7-si videotəkrara baxıldıqdan sonra təyin edilib.

Daha çox


Son xəbərlər