Putin oyuna getmir

Putin oyuna getmir
DÇ-2018 25 İyun 2018 / 16:44 4012
-  A +

Rusiya millisinin DÇ-2018-in 3-cü turunda bu gün Uruqvayla keçiriləcək oyununu ölkə prezidenti Vladimir Putin stadiondan izləməyəcək.

Qol.az-ın xəbərinə görə, bunu prezidentin mətbuat katibi Dmitri Peskov Rusiya mətbuatına açıqlamasında deyib. O, Putinin iş qrafikinin buna imkan vermədiyini bildirib.

Qeyd edək ki, bu gün "Samara Arena"da keçiriləcək Uruqvay - Rusiya oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Əlavə edək ki, həm Rusiya, həm də Uruqvay pley-offa vəsiqəni təmin etdiyindən bu oyun formal xarakter daşıyır.

Daha çox


Son xəbərlər