"Messi Maradona deyil, çox utancaqdır" - Veron

"Messi Maradona deyil, çox utancaqdır"  - Veron
DÇ-2018 25 İyun 2018 / 15:50 4209
-  A +

Argentina millisinin sabiq üzvü Xuan Sebastyan Veron Dieqo Maradona və Lionel Messini müqayisə edib.

Qol.az-ın "Footbal İtalia"ya istinadən yaydığı xəbərə görə, veteran yarımmüdafiəçi Maradona ilə müqayisədə Messinin liderlik keyfiyyətinin olmadığını bildirib:

"Qətiyyətlə deyirəm ki, Messi Maradona deyil. Bunu hər iki futbolçu ilə bir komandada oynadığım üçün bilirəm. Maradona hərəkətverici qüvvə idi. Hamı ona ümid edirdi. Messi isə çox utancaq oğlandır. Ona lider olmaq qismət deyilmiş. Bu, onun xarakterinə aiddir. Mən Messinin texniki bacarığına şübhə etmirəm".

Qeyd edək ki, Messi hazırda Rusiyada keçirilən dünya çempionatında zəif oyunu ilə yadda qalır. O, keçirilən iki oyunda nə qol vurub, nə də məhsuldar ötürmə edib.

Daha çox


Son xəbərlər