Braziliya millisində ciddi itki

Braziliya millisində ciddi itki
DÇ-2018 25 İyun 2018 / 12:56 2922
-  A +

Braziliya millisinin üzvü Duqlas Kostanın zədəsi ciddidir.

Qol.az-ın "Globo Esporte"yə istinadən yaydığı xəbərə görə, yenidən tibbi müayinədən keçən yarımmüdafiəçinin 15-20 gün meydana çıxa bilməyəcəyi məlum olub.

Bu isə o deməkdir ki, Kosta yalnız Braziliya millisi yarımfinal və finala qədər gedəcəyi halda, bu iki oyunda komandasına kömək edə bilər.

Qeyd edək ki, daha əvvəl əzələsindən zədələnən futbolçunun təkcə qrup mərhələsinin 3-cü turunda Serbiya ilə iyunun 27-də keçiriləcək görüşü buraxacağı açıqlanmışdı.

Daha çox


Son xəbərlər