DÇ-2018-də azarkeşlər tribunada zibili təmizlədilər – Video

DÇ-2018-də azarkeşlər tribunada zibili təmizlədilər – Video
DÇ-2018 20 İyun 2018 / 13:25 5275
-  A +

DÇ-2018-i izləmək üçün Rusiyada olan Seneqal millisinin azarkeşləri nümunəvi hərəkətləri ilə diqqət çəkiblər.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, tərəfdarlar Polşa ilə oyundan (2:1) sonra öz istəkləri ilə stadionda zibillədikləri yerləri təmizləyiblər. Eyni addımı Kolumbiya üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdən sonra Yaponiya millisinin azarkeşləri də atıblar.

Qeyd edək ki, hər iki oyun H qrupunda olub. Polşa – Seneqal matçı Moskvada, Kolumbiya – Yaponiya qarşılaşması isə Saranskda keçirilib. 2-ci turda məhz bu iki komanda – Seneqal və Yaponiya yığmaları üz-üzə gələcəklər.

Yapon azarkeşlər




Seneqallı azarkeşlər

Daha çox


Son xəbərlər
27.03.26  19:35

Ferland Mendi qayıtdı

26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner