Çakırın DÇ-2018-də ikinci təyinatı

Çakırın DÇ-2018-də ikinci təyinatı
DÇ-2018 18 İyun 2018 / 18:35 6151
-  A +

Cüneyt Çakır dünya çempionatında növbəti təyinatını alıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, FİFA referisi Rusiya – Misir oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək. Görüşün baş hakimi isə Paraqvay Futbol Federasiyasında Enrike Kasares olacaq.

Qeyd edək ki, A qrupunun ikinci turu çərçivəsində iyunun 19-da keçiriləcək Rusiya – Misir matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Xatırladaq ki, C. Çakır mundialda ilk olaraq Mərakeş - İran oyununa təyinat almışdı. Türkiyəli referinin idarə etdiyi matçda İran 1:0 hesablı qələbə qazanmışdı.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə