Şuker Xorvatiya hakimiyyətini tənqid etdi – "Bu, biabırçılıqdır"

Şuker Xorvatiya hakimiyyətini tənqid etdi – "Bu, biabırçılıqdır"
DÇ-2018 17 İyun 2018 / 14:02 5375
-  A +

"Rusiyada keçirilən dünya çempionatının təşkilatçılığı möhtəşəmdir. Qonaqpərvərliyə, üzlərdəki təbəssümə və əla restoranlarına görə bu ölkəyə təşəkkür edirəm".

Qol.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker deyib. DÇ-2018-lə bağlı təəssüratlarını açıqlayan veteran futbolçu ölkəsindəki futbol infrastrukturuna görə hakimiyyəti tənqid edib:

“Rusiyada taksi sürücüsündən tutmuş prezidentə qədər hər kəsin futbolla necə yaşadığını görürəm. Məni üzən məqam odur ki, bütün Xorvatiyada “Kalininqrad” stadionunun səviyyəsində müasir arena yoxdur, bu, sadəcə biabırçılıqdır. Halbuki bizim ölkə dünya reytinqində 15-ci yerdə gedir. Böyük futbol ölkəsi olsaq da, 25 min azarkeş tutumu olan arenamız belə yoxdur. Bu, ağlasığmaz bir şeydir”.

Şuker bu məsələdə Rusiya mətbuatından kömək istəyib: “Əgər belə bir imkanınız varsa, bizə kömək etməyinizi xahiş edirəm. Xorvatiyalı jurnalistlərə sual verin ki, niyə bu mövzuda araşdırma aparmırlar. Ya da bizim ölkənin rəhbərliyindən soruşun ki, niyə milli komanda üçün stadion tikmirlər”.

Qeyd edək ki, dünya çempionatında mübarizə aparan Xorvatiya yığması dünən ilk oyunda Nigeriyanı 2:0 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə