Salah mundialda oynayacaq? – nazir açıqladı

Salah mundialda oynayacaq? – nazir açıqladı
DÇ-2018 27 May 2018 / 10:36 8173
-  A +

Dünən Çempionlar Liqasının “Real”la final oyununda zədələnən “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salahın gələn ay Rusiyada keçiriləcək dünya çempionatında oynayıb-oynamayacağına aydınlıq gəlib.

Qol.az-ın Misir İdman Nazirliyinin rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, 25 yaşlı futbolçu yığma ilə birlikdə mundialda yer alacaq. İdman naziri Xalid Abdül Əziz bildirib ki, Salahın sağalması üçün 2 həftə vaxt lazımdır:

“Salaha bir neçə gün istirahət verəcəklər. Həmin ərəfədə müalicənin birinci mərhələsi olacaq. Bundan sonra o, komandaya qoşulacaq. Məhəmmədin Misir millisinin dünya çempionatına gedəcək yekun heyətində yer almasına heç nə mane olmamalıdır”.

Qeyd edək ki, dünən “Liverpul”un 1:3 hesabı ilə uduzduğu matçın 29-cu dəqiqəində çiynindən zədə alan Salahın DÇ-2018-i buraxacağı bildirilmişdi.

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu