"Çelsi"nin qapıçısı Tibo Kurtua "Real"a transfer olunacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, hazırda London klubu ilə müqavilənin müddətini uzatmaq üzrə olduğunu deyib. "Bu ay klubumla danışıqların yeni mərhələsinə başlamışıq. "Çelsi" ilə müqaviləmin müddətini uzadacağam. Burada hər şeydən razıyam. Klub rəhbərliyi də daha çox titullar üçün məni klubda saxlamaq istəyir" - deyə Kurtua xəbərləri təkzib edib.
Buna baxmayaraq, belçikalı qolkiper nə vaxtsa Madrid klubuna keçidinin mümkün ola biləcəyini vurğulayıb: "Hamı bilir ki, Madridə bağlıyam. Çünki orada iki uşağım anaları ilə yaşayır. Qızlarımla sosial şəbəkə vasitəsi ilə danışıram. Oğlum isə hələ kiçikdir. İstirahət günlərim olan kimi İspaniyaya gedirəm. Ürəyim Madriddədir. Bu da başa düşüləndir. "Real"ın nümayəndələri "Çelsi"yə təklif göndərməyiblər. Amma fikrimcə, nə vaxtsa Madridə qayıda bilərəm".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı