Advokat məşqçiliyə qayıtdı - yeni klubu...

Advokat məşqçiliyə qayıtdı - yeni klubu...
DÜNYA FUTBOLU 25 Dekabr 2017 / 19:28 5068
-  A +

Hollandiya millisinin sabiq çalışdırıcısı Dik Advokat məşqçiliyə qayıdıb.

Qol.az-ın xəbərinə görə, o, Rotterdam "Sparta"sının baş məşqçi vəzifəsinə təyin edilib. Bu barədə klubun saytı məlumat yayıb. 70 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, bu ayın 1-i Hollandiya millisi ilə başa çatan müqaviləni yeniləməyən D.Advokat məşqçi karyerasını bitirdiyini açıqlamışdı.

Əlavə edək ki, "Sparta" hazırda Hollandiya Liqasında 11 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır