"El-Klassiko"nu "Barselona" qazandı

"El-Klassiko"nu "Barselona" qazandı
DÜNYA FUTBOLU 23 Dekabr 2017 / 17:51 13077
-  A +

İspaniya La Liqasında 17-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, turun mərkəzi görüşü bu gün keçirilib.

Madriddə əzəli rəqiblər “Real” və “Barselona” üz-üzə gəlib. Böyük maraqla gözlənilən ilin son “El-Klassiko”sunda Kataloniya klubu 3:0 hesabı ilə qalib gəlib.


Bu qələbə  lider “Barselona”  xalını 45-ə yüksəldib. "Atletiko" 36 xalla ikinci "Valensiya" 34 xalla üçüncüdür. “Real” isə 31 xalla dördüncü pillədə qərarlaşıb.

23 dekabr

16:00.“Real” – “Barselona” - 0:3
Qollar:
Luis Suares, 54, Lionel Messi, 64, Aleiks Vidal, 90+3
Qırmızı vərəqə: Karvahal, 63 ("Real") 

Son xəbərlər