"Mançester Yunayted"dən Eden Hazard üçün 120 milyon avro

"Mançester Yunayted"dən Eden Hazard üçün 120 milyon avro
DÜNYA FUTBOLU 20 Dekabr 2017 / 10:45 3142
-  A +

"Mançester Yunayted" "Çelsi"nin futbolçusu Eden Hazardı transfer etmək istəyir.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" belçikalı  yarımmüdafiəçi üçün London klubuna 120 milyon avro təklif edib. "Çelsi" ilə yeni müqavilə imzalamaq istəməyən E.Hazard "MY"ya keçəcəyi təqdirdə, həftəsinə 400 min avro qazanacaq.

Qeyd edək ki, E.Hazard bu mövsüm "Çelsi"də 22 matçda 8 qol vurub, 4 qolun ötürməsini verib..


Son xəbərlər