"Barselona"nın zədəli futbolçusu Usman Dembele gözləniləndən tez yaşıl meydanlara qayıdacaq.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun tibbi heyəti 20 yaşlı hücumçunun bu mövsümün ilk "El-Klassiko"suna kimi hazır olacağını məşqçi heyətinə bildirib.
Ancaq "Barsa"nın baş məşqçisi Ernesto Valverde Dembelenin oynamasının riskli olacağını hesab etsə, ona "Real"a qarşı görüşdə şans verməyəcəyi vurğulanıb.
Qeyd edək ki, 17-ci turun "Real" - "Barselona" oyunu dekabrın 23-ü keçiriləcək.
Xatırladaq ki, sentyabrda "Hetafe"yə qarşı matçda zədələnən U.Dembelenin gələn ilin yanvarında hazır olacağı bildirilirdi.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər