“Nyu-York Siti”nin yarımmüdafiəçisi Andrea Pirlo futbolçu karyerasını başa vurub.
Qol.az-ın xəbərinə görə, bu barədə ABŞ klubunun saytı məlumat yayıb. ABŞ çempionatının pley-off mərhələsində “Kolambus”la matç (2:0) 38 yaşlı oyunçunun son görüşü olub. O, 90-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, A. Pirlo futbolçu karyerası ərzində “Breşiya”, “İnter”, “Recina”, “Milan”, “Yuventus” və son olaraq "Nyu-York Siti"nin şərəfini qoruyub. O, İtaliya millisi ilə DÇ-2006-nın qalibi olub.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər