FİFA-dan Çüneyt Çakıra mühüm təyinat

FİFA-dan Çüneyt Çakıra mühüm təyinat
DÜNYA FUTBOLU 3 Noyabr 2017 / 22:00 6812
-  A +

Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-in pley-off mərhələsinin oyununa təyinat alıb.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, o, İsveç - İtaliya görüşünü idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd edək ki, İsveç - İtaliya matçı noyabrın 10-u keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner