Ronaldo milliyə çağrılmadı

Ronaldo milliyə çağrılmadı
DÜNYA FUTBOLU 3 Noyabr 2017 / 20:53 6485
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo Portuqaliya millisinə çağrılmayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Fernandu Santuş 32 yaşlı hücumçuya istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, Portuqaliya noyabrın 10-u Səudiyyə Ərəbistanı, noyabrın 14-ü ABŞ-la yoxlama görüşü keçirəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner