"Olimpiakos"da baş məşqçi dəyişikliyi

"Olimpiakos"da baş məşqçi dəyişikliyi
DÜNYA FUTBOLU 26 Sentyabr 2017 / 12:00 2195
-  A +

“Olimpiakos”  baş məşqçisi Besnik Hasini istefaya göndərib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  komanda ölkə çempionatının son 3 oyununda qalib gələ bilmədiyi üçün bu qərar verilib. Sonuncu turda isə "Olimpiakos" AEK-lə səfər matçında 2:0 hesabı ilə öndə olsa da, yekunda uduzub - 2:3.

Komandanın artıq yeni baş məşqçisi müəyyənləşib . Bu vəzifəyə 4-cü dəfə Takis Lemonis gətirilib.

T.Lemonis komandanı Çempionlar Liqasınının qrup mərhələsininin ikinci turunda "Yuventus"a qarşı oyuna çıxaracaq. Sözügedən görüş sabah keçiriləcək.


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner