“Çempionlar Liqası əvvəlkitək maraqlı deyil” – Venger

“Çempionlar Liqası əvvəlkitək maraqlı deyil” – Venger
DÜNYA FUTBOLU 24 Sentyabr 2017 / 15:34 3933
-  A +

“Çempionlar Liqasında maraqlı oyunların və bu yarışı izləyənlərin sayı azalır”.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri London “Arsenal”ının baş məşqçisi Arsen Venger deyib. O hesab edir ki, azarkeşlər hər tur bu turnirdə baxmaq üçün cəmi 1-2 matç seçirlər: “Çempionlar Liqasının auditoriyasına fikir verin. Artıq bu turnir əvvəlkitək maraqlı deyil”.

Bununla belə, Venger komandasının ÇL-in qrupunda oynamaq istədiyini söyləyib: “ÇL-də oynamamağımızı özüm üçün bir boşluq hesab edirəm. Amma bu turnirdə 200-a kimi matçım olub. Ona görə də özümü xoşbəxt saya bilərəm”.

Qeyd edək ki, “Arsenal” dalbadal 19 il ÇL-in qrupunda oynayıb. Ötən mövsümün sonu isə onlara bu yarışa vəsiqə qazana bilməyib.  


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner