Topaz Premyer Liqanın 5-ci turunda "Zirə"yə uduzan (1:2) "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın xəbərinə görə, o, əvvəlcə görüş haqda fikirlərini bildirib.
- Komandamın oyunundan çox razı qaldım. Bacardığımız qədər hücum futbolu oynamağa çalışdıq. Bu 5 gündə ərzində gördüyümüz işlərin nəticəsini gördük. Uşaqların oyunu məni çox sevindirdi. Lakin görüləsi iş həddən artıq çoxdu. Komandada kollektiv oyun məni sevindirdi. Qarşıda bizi ağır oyunlar gözləyir. Bu oyundakı səhvləri minimuma endirmək istəyirik.
- Ramin Musayev sizi millinin oyunlarından öncə "Neftçi"yə məsləhət bilsəydi, nəticələr fərqli ola bilərdi?
- Bura gəlməyimdə insanların çoxunun, həmçinin Ramin müəllimin də fikrini öyrəndilər. Mövsümün əvvəlindən "Neftçi"də olsaydım, fərqli komanda görərdiz. Bu gün mənim futbolçum hələ ki, təkcə Rəşad Sadiqovdu. Heyətlə bağlı problemlərimiz çoxdu. “Neftçi”nin bir çox istedadlı futbolçu tərk edib. O ki qaldı məni bura kimin gətirməsinə, məni klub rəhbərliyi təyin edib. Lakin bundan öncə bir çox insanın fikirləri öyrənilib.
- Qırmızı vərəqə ilə bağlı narazılığınız var idimi?
- Qırmızı vərəqə ilə bağlı narazılığım yoxdur. İstəkli futbol olanda qırmızı vərəqə də qaçılmazdı. Təbii ki, adi epizodlarda qırmızı vərəqə almaq bu arzuolunan deyil.
- Fiziki hazırlıq üzrə məşqçinin kimliyinə aydınlıq gəlib?
- Hal-hazırda axtarış gedir. Bir nəfər var, ancaq öz ölkəsində yığma komandada çalışır. Danışıqların fonunda hələ də axtrışdayıq. Mən özüm də onların iş funksiyasına baxıram. İki nəfər də var ki, onların təcrübəsi çoxdur, amma məvacib tələbləri həddən artıqdır.
- Oyunun sonunda azarkeşlərə yaxınlaşıb nə dediniz?
- Azarkeşlərlə görüş olacaq. Həftəiçi onlarla görüşəcəyik, bir neçə oyunçu və mən söhbət edib dərdləşəcəyik.
- Bildirdiniz ki, tez gəlsəydiniz, bəzi futbolçular qalacaqdı. Onlar kimlərdi?
- Heç kimin adını çəkmək istəmirəm, çünki başqalarına psixoloji zərbə olar. Mən olmasaydım, başqa məşqçi olsaydı, yenə başqa formada komanda formalaşardı. Elşən Abdullayev, Araz Abdullayev və Cavid İmamverdiyevin komandadan getməyinə icazə verməzdim.
- Növbəti oyunöncəsi komandanın durumu nə yerdədi? Hansı dəyişikliklər olacaq?
- İndidən hansısa dəyişikliyi deyə bilmərəm. İşmizi davam etdirəcəyik. Elnur sabahdan fərdi məşq edəcək və sonra komandaya qoşulacaq. Mirabdullanın Səlahətin və Elnurun tam bərpa olmaması, Emin Mahmudov məsləsinin aydın olmaması bizə problem yaaradır. Əlimizdə nə varsa, ondan istifadə edəcəyik. Biz oyundan-oyuna artırmaq istəyirik. "Qəbələ" və "İnter"lə çətin səfər oyunlarımız var. Bu iki oyundan xallar götürmək istəyirik.
Mənbə: Sportnet.az
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi