"Messi "Barselona"da yeni müqavilə əsasında oynayır" - Bartomeu

"Messi "Barselona"da yeni müqavilə əsasında oynayır" -  Bartomeu
DÜNYA FUTBOLU 15 Sentyabr 2017 / 15:30 4147
-  A +

“Barselona”nın prezidenti Joze Bartomeu Lionel Messinin komandada yeni müqavilə əsasında çıxış etdiyini bildirib.

Qol.az-ın xəbərinə görə, klub rəhbəri bu haqda İspaniyanın "8TV" kanalına açıqlamasında məlumat verib:

“Messi hazırda yeni müqaviləsi əsasında çıxış edir. Onun bizimlə 2022-ci ilə qədər sözləşməsi var. Bu müqaviləyə Messinin atası qol çəkib. Yalnız Messinin müqavilə imzalayarkən çəkilən şəklini paylaşmağımız qalıb".

Xatırladaq ki, argentinalı hücumçu 2004-cü ildən "Barselona"da çıxış edir.

Son xəbərlər