“Borussiya” futbolçusu Usman Dembeleni qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırıb.
Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Bunun səbəbləri barədə əlavə açıqlama verilməyib. Yalnız o qeyd edilib ki, 20 yaşlı fransalı hücumçu A komanda ilə məşqlərə çıxmayacaq və istəyərsə, fərdi qaydada hazırlıq keçə biləcək.
Almaniya mətbuatının yazdığına görə, Neymarın PSJ-yə keçidindən sonra adı “Barselona” ilə hallanan Dembele intizamsız hərəkətlər edib. O, icasəsiz olaraq komandanın məşqlərində iştirak etməyib, telefonlara cavab verməyib.
Qeyd edək ki, “Borussiya”nın Dembeleyə görə “Barselona”dan 150 milyon avro təzminat tələb etdiyi bildirilib. Kataloniya klubunu isə bu məbləğ razı salmadığından transfer düyünə düşüb. Məhz bundan sonra Dembelenin “Borussiya”dan incik düşdüyü iddia olunur.
Volkanı Metin əvəzlədi
18 ildən sonra
Jardim istefa verdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video