Neymar rəsmən PSJ-də - dünyanın ən bahalı oyunçusu oldu

Neymar rəsmən PSJ-də - dünyanın ən bahalı oyunçusu oldu
DÜNYA FUTBOLU 4 Avqust 2017 / 00:55 6680
-  A +

“Barselona”nın futbolçusu Neymarın PSJ-yə keçidi rəsmiləşib.

Qol.az-ın məlumatına görə, bu barədə Paris klubunun rəsmi saytı xəbər yayıb.

Braziliyalı hücumçu ilə 2022-ci ilin iyul ayına qədər müqavilə imzalanıb. 222 milyon avroya transfer olunan Neymar dünyanın ən bahalı futbolçusu olub.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2013-cü ildən “Barselona”da çıxış edirdi. O, Kataloniya klubunda 186 oyuna 105 qol vurub.

Əlavə edək ki, buna qədər dünyanın ən bahalı futbolçusu "Yuventus"dan "Mançester Yunayted"ə transfer olunan (105 milyon avro) Pol Poqba idi.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə