"Bavariya"da yeni idman direktoru

"Bavariya"da yeni idman direktoru
DÜNYA FUTBOLU 1 Avqust 2017 / 10:51 2948
-  A +

"Bavariya"nın yeni idman direktoru müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə klubun sabiq yarımmüdafiəçisi Hasan Salihamiciç təyin edilib. 40 yaşlı sabiq oyunçu ilə 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, bu vəzifədə 2016-cı ilin iyul ayında istefa verən Mattias Zammeri əvəzləyib.

Qeyd edək ki,  H.Salihamiciç futbolçu karyerası ərzində 1998-2007 illərdə Münhen təmsilçisində oynayıb.


Son xəbərlər