"Barselona" Koutinyo ilə razılığa gəldi

"Barselona" Koutinyo ilə razılığa gəldi
DÜNYA FUTBOLU 31 İyul 2017 / 13:11 6109
-  A +

"Barselona" "Liverpul"un futbolçusu Filipp Koutinyo ilə razılığa gəlib.

Qol.az-ın "Sport"a istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə 5 illik müqavilə imzalanacaq. Bu transfer üçün "Barselona" İngiltərə klubuna 85 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2013-cü ildən "Liverpul"un şərəfini qoruyan F.Koutinyo 181 oyunda 24 qol vurub, 37 qolun ötürməsini verib.


Son xəbərlər