"Real" "Atletiko"dan oyunçu aldı - rəsmi

"Real" "Atletiko"dan oyunçu aldı  - rəsmi
DÜNYA FUTBOLU 5 İyul 2017 / 19:27 7721
-  A +

"Real" yeni mövsüm üçün ilk transferini edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi "Atletiko"nun müdafiəçisi Teo Hernandesi heyətinə cəlb edib. Fransalı oyunçu ilə 6 illik müqavilə imzalanıb.

İspaniya mətbuatı bu transfer üçün "Real"ın 26 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, T.Hernandes ötən mövsüm icarə əsasında "Alaves"də oynayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner