"Atletiko" Simeone ilə yeni müqavilə imzalayır

"Atletiko" Simeone ilə yeni müqavilə imzalayır
DÜNYA FUTBOLU 3 İyul 2017 / 11:16 2415
-  A +

"Atletiko" baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, Madrid klubu 47 yaşlı mütəxəssislə 3 illik – 2020-ci ilin yayına qədər yeni müqavilə imzalamaq istəyir.

Xəbərdə argentinalı mütəxəssisin "Atletiko"da işini davam etdirməyə hazır olduğu bildirilib. Ancaq onun növbəti mövsüm başa çatacaq müqaviləni daha 1 il uzatmaq istədiyi iddia edilib.

Qeyd edək ki, D.Simeone 2011-ci ildən Madrid klubunu çalışdırır. Onun rəhbərliyi altında "Atletiko" La Liqa, İspaniya kuboku, İspaniya superkuboku, Avropa Liqası və UEFA superkubokunun qalibi olub. Bundan başqa, komanda 2 dəfə Çempionlar Liqasının finalına çıxıb.


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu