Almaniya millisi Avropa çempionu oldu

Almaniya millisi Avropa çempionu oldu
DÜNYA FUTBOLU 1 İyul 2017 / 01:00 6801
-  A +

Polşada keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.

Qol.az-ın məlumatına görə, bu, Almaniya millisidir.

Həlledici oyunda İspaniya ilə qarşılaşan Bundestim 1:0 hesablı qələbə qazanaraq qızıl medallara sahib olub.

Oyunda yeganə qolu matçın 40-cı dəqiqəsində Mitçel Vayzer vurub.

Bu, Almaniyanın U-21 yığma səviyyəsində ikinci Avropa çempionluğudur. Komanda bu titulu ilk dəfə 2009-cu ildə qazanmışdı.


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner