Keynə 200 milyon qiymət qoydular

Keynə 200 milyon qiymət qoydular
DÜNYA FUTBOLU 26 İyun 2017 / 14:46 4103
-  A +

“Tottenhem” hücumçusu Harri Keyni tələb etdiyi məbləğdən aşağı qiymətə satmaq niyyətində deyil.

Qol.az xəbər verir ki, bu haqda “The İndependent” nəşri məlumat yayıb.

Bundan öncə yayılan xəbərə görə, “Mançester Yunayted” 23 yaşlı hücumçunu almaq üçün London klubuna təklif göndərib və 100 milyon funt  (təqribən 127 milyon dollar) təzminat ödəməyə hazır olduğunu bildirib.

“Tottenhem”in prezidenti Deniel Levininin isə Keynə 200 milyon funt qiymət qoyduğu və futbolçunu bu qiymətdən aşağı satmayacağı iddia olunub.


Son xəbərlər