"Beşiktaş" Şenol Günəşlə razılığa gəldi

"Beşiktaş" Şenol Günəşlə razılığa gəldi
DÜNYA FUTBOLU 15 İyun 2017 / 10:52 3918
-  A +

"Beşiktaş" baş məşqçisi Şenol Günəşlə müqavilənin müddətini uzatmağa hazırlaşır.

Qol.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Türk mütəxəssislə müqavilənin müdddəti 2019-cu ilin may ayına qədər uzadılacaq. Yeni sözləşmə ilə o, ilinə 2.5 milyon avro qazanacaq.

Qeyd edək ki, Ş.Günəşin komandası ötən mövsüm Türkiyə superliqasının qalibi olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner