"Atletiko" 75 milyon avronu rədd etdi

"Atletiko" 75 milyon avronu rədd etdi
DÜNYA FUTBOLU 10 İyun 2017 / 11:32 5163
-  A +

PSJ qapıçı Yan Oblakı transfer etmək üçün "Atletiko"ya təkli göndərib.

Qol.az-ın "Corriere dello Sport"a istinadən yaydığı xəbərə görə, 75 milyon avroluq təklif Madrid klubu tərəfindən müsbət cavablandırmayıb.

"Atletiko"nun transfer qadağası səbəbindən Y.Oblakı satmağa razı olmadığı bildirilib.
 
2018-ci ilin qışında transfer qadağası bitdikdən sonra klubun qapıçını 100 milyon avrodan aşağı qiymətə satmayacağı iddia edilib.


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu