PSJ-nin yetirməsi "Zirə"də

PSJ-nin yetirməsi "Zirə"də
GÜNDƏM 9 İyun 2017 / 16:37 4973
-  A +

Bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, mərkəzi afrikalı David Manqa ilə 2 illik müqavilə imzalanıb.

Hücumameyilli yarımmüdafiəçi Fransanın PSJ klubunun yetiriməsidir. 28 yaşlı futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqa son olaraq İsrailin “Hapoel Aşkelon” klubunda çıxış edib.

David Manqa 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır