Ronaldo superkubok oyununu buraxa bilər

Ronaldo superkubok oyununu buraxa bilər
DÜNYA FUTBOLU 9 İyun 2017 / 12:30 4933
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştiano Ronaldoya istirahət vermək qərarına gəlib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis Portuqaliya millisinin hücumçusunu Konfederasiyalar kubokundan sonra çox yükləməyəcək.

K.Ronaldonun "Yuventus", "Barselona"nın da iştirak edəcəyi Beynəlxalq Çempionlar kubokunda oynamayacağı dəqiqləşib. Sözügedən turnir 22-29 iyul tarixlərində ABŞ-da keçiriləcək.

32 yaşlı hücumçunun UEFA superkubokunun finalında "Mançester Yunayted"lə görüşü də buraxa biləcəyi iddia edilib.

Qeyd edək ki, "Real" - "Mançester Yunayted" avqustun 8-i keçiriləcək.


Son xəbərlər